• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

“Müharibə olarsa, heç bir ölkə ukraynalıları müdafiə etməyəcək” - Zelenski

“Müharibə olarsa, heç bir ölkə ukraynalıları müdafiə etməyəcək” - Zelenski
28.01.2022 21:56
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi halında heç bir ölkə ukraynalıları müdafiə etməyəcək.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Rusiya genişmiqyaslı işğala qərar verərsə, heç bir ölkə Ukraynanı müdafiə etməyəcək. Bu isə NATO üçün çox qorxuludur. Çünki Ukrayna NATO-ya alınarsa, sonradan nəsə olarsa, onu müdafiə etmək lazım gələcək və bu, NATO üçün çox ciddi çağırışdır. Amma demək istəyirəm ki, bəzi Avropa ölkələri belə düşünür və Ukraynanı qəbul etmək riskinə getmək istəmirlər. Genişmiqyaslı müharibə olarsa, o zaman bu müharibə bəzi NATO ölkələrinin sərhədlərində də olacaq. Bu mütləq olacaq”, - Zelenski bildirib.

Ukrayna lideri onu da qeyd edib ki, Ukrayna ordusu NATO ölkələrinin silahlı qüvvələrindən zəif deyil.
"İnanıram ki, bu gün ordumuza tam etibar etdiyimiz vəziyyət yaranıb. Ordumuz yeni gələnlərdən təşkil olunmayıb, ciddi ordudur və əgər söhbət NATO səviyyəli ordudan gedirsə, mən hesab edirəm ki, biz o səviyyədən zəif deyilik”, - deyə Zelenski izah edib.

Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, ölkə ətrafında eskalasiya artmayıb, lakin bununla bağlı bəyanatlar çaxnaşmaya səbəb olub və bu da öz növbəsində Ukrayna maliyyə bazarına mənfi təsir edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol