• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Şimali Koreya raket atdı - Yaponiyadan xəbərdarlıq

Şimali Koreya raket atdı - Yaponiyadan xəbərdarlıq
30.01.2022 09:55
Yaponiyanın Sahil Mühafizəsi Xidməti Koreya Xalq Demokratik Respublikası tərəfindən növbəti raket buraxılışı barədə məlumat yayıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xidmətin yaydığı məlumatda balıqçı qayıqları raketin qalıqlarının düşməsi barədə xəbərdar edilib.

Bundan bir qədər sonra Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno həmin raketin ölkənin müstəsna iqtisadi zonasının yaxınlığında Yapon dənizinə düşdüyünü bildirib.
"Bizim proqnozlara əsasən, bir ballistik raket buraxılıb və o, Yaponiyanın Yapon dənizindəki müstəsna iqtisadi zonasından kənarda suya düşüb. İndiyədək biz baş verən hadisə ilə əlaqədar dəyən zərər barədə məlumat almamışıq”, - deyə baş katib bildirib.
Bununla əlaqədar Yaponiya hökuməti KXDR-ə etirazını çatdırıb.
"Ballistik raketlərin buraxılışı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması deməkdir və bununla əlaqədar biz KXDR-ə kəskin etirazımızı bildirmişik.

Hazırda baş verən hadisənin detalları araşdırılır, amma adi ballistik raketin trayektoriyası baxımından məsələyə yanaşsaq, onun təqribən 2 kilometr hündürlükdə 800 kilometr məsafəni qət etdiyini deyə bilərik. Hündürlüyü və uçuş məsafəsini nəzərə alsaq, KXDR-in uzaq məsafəli ballistik raket buraxdığı ehtimalını irəli sürmək olar”, - deyə baş katib əlavə edib.

Qeyd edək ki, bu, cari ildə KXDR tərəfindən həyata keçirilən sayca yeddinci raket sınağıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol