Misirdə 10 islamçıya edam cəzası verildi
Misir Ali Dövlət Təhlükəsizlik Məhkəməsi təhlükəsizlik qüvvələrinə hücum etmək və infrastrukturu dağıtmaq üçün silahlı qruplar yaratmaqda təqsirləndirilən 10 nəfəri edam cəzasına məhkum edib.
2015-ci ilin iyununda baş prokuror Hişam Bərəkət tərəfindən ittiham olunanlara qarşı cinayət işi açılıb.
"Helyan briqadaları” alanan iş üzrə ümumilikdə 215 nəfər iştirak edib, onlardan bəziləri axtarışdadır. Məhkəmə qərarında xüsusilə qeyd edilib ki, müttəhimlər 2013-cü ilin avqustundan 2015-ci ilin fevralına qədər dövlət sistemini sarsıtmaq üçün Qahirə və Giza əyalətlərində fəaliyyət göstərən yeraltı şəbəkəyə rəhbərlik ediblər, təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar həyata keçiriblər və dövlət əmlakına ziyan vurublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox