Türkiyənin əhalisi nə qədərdir? - RƏSMİ
Türkiyə əhalisinin sayı 2021-ci ildə əvvəlki ilə nisbətən 1 milyon 65 911 nəfər artaraq 84 milyon 680 273 nəfərə yüksəlib, bununla bağlı ölkənin Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, Türkiyə əhalisinin 42 milyon 428 101 nəfərini kişilər, 42 milyon 252 172 nəfərini isə qadınlar təşkil edir. Yəni, əhalinin 50,1 faizi kişilər, 49,9 faizi isə qadınlardan ibarətdir.
Ölkə əhalisinin illik artım tempi 2020-ci ildə mində 5,5 olduğu halda, 2021-ci ildə mində 12,7 təşkil edib.
Dünyanın ən böyük meqapolislərindən biri olan İstanbulda əhali sayı əvvəlki ilə nisbətən 378 448 nəfər artaraq 15 milyon 840 900 nəfərə çatıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox