Paşinyan içib, Putini təhqir etdi
Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 fevral tarixlərində Ermənistana səfər edib.
Ermənistan polisinin rəisi Vaqe Kazaryanın dəvəti ilə İrəvana gələn gürcü nazir həmçinin baş nazir Nikol Paşinyanla da görüşüb.
Anews.az oxu.az-a istinadla xəbər verir ki, Ermənistan mətbuatı isə bu səfər çərçivəsində baş vermiş qalmaqalla çalxalanıb.
Erməni baş nazir nahar zamanı çox içdiyi üçün sərxoş vəziyyətə düşüb. Bundan sonra isə o, Rusiya Prezidenti Vladimir Putin, KTMT və ümumiyyətlə Moskvanın həyata keçirdiyi siyasətlə bağlı sərt fikirlər səsləndirməyə başlayıb.
Gürcü nazir əsl dövlət xadimi kimi davranaraq bu cür vəziyyəti özünə yaraşdırmayıb və artıq Paşinyanın Putinlə bağlı təhqirlərini eşitmək istəmədiyini bildirib. O, erməni həmkarı Vaqe Kazaryandan ya Paşinyanın, ya da özünün tərk etməli olduğunu söyləyib. Nəticədə sərxoş vəziyyətdəki Nikol Paşinyan masanı tərk edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox