Bu gün Putin və Makron görüşəcək
Fransa Prezidenti Emmanuel Makron fevralın 7-də Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, onlar 8 fevralda Kiyevə gedəcək.
Fransa Prezidenti bildirir ki, onun Rusiyaya səfərinin məqsədi Ukrayna ətrafında vəziyyətin gərginləşməsi və pisləşməsinin qarşısını almaqdır. Kremldə isə qeyd edilib ki, Rusiya və Fransa prezidentləri danışıqlarda ilk növbədə təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.
Makron son həftələr telefon danışıqları zamanı Rusiya Prezidenti və ukraynalı həmkarı Volodimir Zelenski ilə dəfələrlə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Ötən həftənin sonunda təkbətək görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub.
"Journal du dimanche” qəzetinin məlumatına görə, Moskvada danışıqlar bazar ertəsi günorta və axşama planlaşdırılıb, lakin heç bir vaxt məhdudiyyəti qoyulmayıb. Qəzet yazıb ki, iki ölkənin liderləri təkbətək görüşəcək, danışıqlarda yalnız tərcüməçilər və görüşün protokolunu aparanlar iştirak edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox