“Məni öldürməyə çalışırlar” - Belarus Prezidenti
Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd cəhdləri olub və indi də onu öldürməyə çalışırlar.
Bu barədə Prezidentin özü rusiyalı jurnalist Vladimir Solovyovun "Solovyov Live” yutub kanalı üçün verdiyi müsahibəsində danışıb.
"İndi də cəhd edirlər. Hətta sən indi yanımda oturmusan və bunu bilmirsən, bir aydan sonra deyəcəm”, - deyə Lukaşenko bildirib.
Lukaşenko 2021-ci il aprelin 17-də bildirib ki, ona qarşı sui-qəsdə və onun övladlarının oğurlanmasına hazırlaşan dəstə üzvləri saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox