Almaniya Azərbaycanlıları Alyansının sədri seçildi
Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin yeni sədri məlum olub.
AAA-nın Almaniyada keçirilən toplantısında Alyansın İdarə Heyətinin sədr vəzifəsinə Almaniyada yaşayan tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev layiq görülüb.
Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, Köln Universitetinin tibb elmləri doktorudur. O, uzun illərdir Almaniyanın Köln Universiteti Klinikasında həkim kimi çalışır.
Aktiv diaspor fəaliyyəti ilə məşğul olan həmvətənimiz həmçinin tibb elmi sahəsində onlarla elmi tədqiqatın müəllifidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox