• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Azərbaycan və İran yeni saziş imzalayacaq

Azərbaycan və İran yeni saziş imzalayacaq
09.02.2022 17:37
İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı yaxşı göstərici hesab oluna bilər. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30%-dən çox artıb.
 
Bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin Azərbaycanla İran arasında 30 illik dostluq münasibətlərinə dair məqaləsində bildirilib.
 
Onun sözlərinə görə, ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə də müqayisədə nisbi artıma malik olmaqla son iki onillikdə ən yüksək səviyyəyə çatıb.
 
"Azərbaycan Respublikasının İrandan idxalının artması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artmış və 2021-ci ildə İran Azərbaycan Respublikasının qeyri-neft ixracının 11%-ni özünə cəlb etmişdir ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir. Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması və cari günəş ilində İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi ilə 765 km ümumi sərhədə malik olan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf etsin”, - diplomat qeyd edib.
 
Səfir vurğulayıb ki, hər iki tərəfdən koronovirusa nəzarətin düzgün idarə olunması ilə nəqliyyat, enerji və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələr daha sürətlə həyata keçirilir: "Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının təmin olunması sahəsində mühüm rol oynayırlar. Bu gün görürəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol