İran yeni ballistik raketini təqdim etdi
İran 1450 kilometr mənzilli "Xeybersheken” (Xeybərin qırıcısı) adlı yeni ballistik raketini təqdim edib.
Bildirilib ki, ballistik raket Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri və İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı, general Əmir Əli Hacızadənin raket bazasına səfəri zamanı nümayiş etdirilib.
Qeyd edək ki, Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın sazişə qayıtması ilə bağlı nüvə danışıqları keçirilir. Tərəflərin danışıqlarda qərar mərhələsinə gəldikləri bildirilir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox