“Simpsonlar” cizgi filmində “Metaverse” barədə epizod - VİDEO
Koronavirus, Donalt Trampın prezidentliyi, Kolumb heykəlinin başının kəsilməsi, ağıllı saatlar, ebola virusu, 11 sentyabr hadisələri kimi bir çox hadisəni illər əvvəl öz bölümlərində göstərməsi ilə diqqətçəkən "Simpsonlar” cizgifilmi növbəti dəfə dünyanın gündəminə gəlib.
Cizgifilminin 23-cü mövsümündə (2011-ci il) yayımlanan "Holidays of Futre Passed” adlı bölümdə "metaverse” barədə təxminlər irəli sürülüb.
Bölümdə ilk dəfə Liza Simpsonun "ultra net”ə daxil olduğu göstərilir. Burada insanların virtual reallıq dünyasına olduqca bənzər səhnələrdə maraqlı bir onlayn dünyaya qədəm basırlar.
Sosial şəbəkədə istifadəçilərdən birinin "Simpsonlar” 2011-ci ildə "metaverse” təxmini” şəklində paylaşımı tezliklə bütün dünyaya rezonans doğurub. Tezliklə bir çox istifadəçi görüntüləri təhlil edərək sözügedən istifadəçinin fikrinə dəstək verib. Sosial şəbəkə istifadəçiləri arasında Zukenberqin "metaverse"i fikrini cizgi filmdən götürdüyünü düşünənlər də var.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox