Rusiyada bir gündə 200 mindən çox şəxs koronavirusa yoluxub
Rusiyada son sutka ərzində 203 949 nəfər koronavirusa yoluxub, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 197 076 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 13,73 milyonu ötüb.
Eyni zamanda, son sutkada 722 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 701 nəfər idi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox