İngiltərədə Lassa qızdırmasından ilk ölüm qeydə alındı
İngiltərənin şərqində Lassa qızdırmasından ilk ölüm hadisəsi qeydə alınıb.
"Ehtimal olunan Lassa qızdırması halı təsdiqlənib və bununla da ümumi halların sayı üçə çatıb. Təəssüf ki, bir nəfər vəfat edib”, - məlumatda deyilir.
Bildirilib ki, geniş ictimaiyyət üçün risk çox aşağı olaraq qalır və həkimlər indi xəstələrlə yaxın təmasda olan şəxslərlə əlaqə saxlayırlar.
Lassa qızdırması ağır gedişat, yüksək ölüm göstəricisi, tənəffüs orqanlarının, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi, hemorragik sindromla xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcıları Afrika siçovullarıdır və Lassa qızdırması olan bir insan da infeksiya mənbəyi ola bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox