Ermənistanda son sutkada neçə nəfər koronavirusa yoluxub?
Ermənistanda son sutkada daha 2 402 nəfərdə COVID-19 aşkarlanıb, bu məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 8 157-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 569 nəfərdir. İndiyədək 365 662 pasiyent infeksiyadan sağalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox