• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Ukrayna üzərindən uçuşlar bu tarixdən dayandırılacaq

Ukrayna üzərindən uçuşlar bu tarixdən dayandırılacaq
13.02.2022 11:51
Fevralın 14-də Qərb sığorta şirkətlərinin Ukrayna üzərindən uçuşlar üçün təminatları geri götürmək qərarına görə, ölkə üzərində hava məkanı bağlana bilər.

Bu barədə "Strana.ua” saytı bir neçə mənbəyə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Britaniyanın ən böyük sığortaçıları dünyadakı bütün təyyarə sahiblərinə Ukraynadakı hava gəmiləri üçün sığorta təminatının dayandırılması ilə bağlı ismarış göndəriblər.


"Bazar ertəsi günortadan etibarən Ukraynadan heç bir təyyarə havaya qalxmayacaq” - mənbə qeyd edib.


Şəxsi təyyarə sahibləri belə bir bildiriş aldıqlarını təsdiqləyiblər. Bu o deməkdir ki, 48 saat ərzində bütün təyyarələr Ukraynanı tərk etməli olacaqlar.


Başqa bir mənbənin qeyd etdiyi kimi, çətinliklər dekabr ayında Ukrayna aviadaşıyıcısını təyyarə ilə təmin edən Avropa şirkəti 2 təyyarənin ölkədən çıxarılmasını tələb etdikdən sonra başlayıb: "Beynəlxalq sığortaçılar xidmət göstərdikləri xarici daşıyıcıların təyyarələrinin Kiyevdə dayanmaması üçün getdikcə təkid edirlər. Bu qərar uzun müddətdir ki, yetişib”.


Mənbə həmçinin bildirib ki, Rusiyanın hücum ehtimalı ilə bağlı mətbuatda mütəmadi olaraq dərc olunan yazılar prosesi daha da sürətləndirib. 


Bundan əlavə, portalın Avropa aviasiya bazarı ilə əlaqəli digər həmsöhbəti yaxın gələcəkdə təyyarələrin əksəriyyətinin ölkədən çıxarıla biləcəyini vurğulayıb və bunu onların hamısının icarədə olmağı ilə əlaqələndirib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol