• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Türkmənistanda seçki kampaniyasına start verildi

Türkmənistanda seçki kampaniyasına start verildi
14.02.2022 11:25
Türkmənistanda martın 12-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ərəfəsində seçki kampaniyasına start verilib. 

Bu barədə bazar ertəsi dövlət agentliyi məlumat yayıb.

Seçki və Referendum üzrə Mərkəzi Komissiya fevralın 14-dən seçkiqabağı təşviqatın başlandığını elan edib. Bu da bir neçə mərhələni - namizədlərin irəli sürülməsi, onların qeydə alınması, seçicilərlə görüşləri əhatə edir. 

Agentlik qeyd edir ki, bundan əvvəl Milli Genqeş (parlament) Məclisinin (aşağı palata) qərarı ilə Türkmənistanda prezident seçkiləri martın 12-nə təyin edilib.

Seçki və Referendum üzrə Mərkəzi Komissiyası seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı tədbirlərin təqvim planını təsdiqləyib. Komissiyada, həmçinin təkcə siyasi partiya və ictimai təşkilatlardan olan milli müşahidəçilərin deyil, beynəlxalq ekspertlərin və müşahidəçilərin də izləyəcəyi qarşıdan gələn kampaniyanın təşkilati məsələləri müzakirə olunub.

Ötən cümə günü Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xalq maslahatının (parlamentin yuxarı palatası) iclasında bildirib ki, gənclərə yer vermənin vaxtı çatıb. O, iki il əvvəl Məhəmməd peyğəmbərin (63 yaş) yaşına çatdığını, indi isə "çətin qərar” verdiyini vurğulayıb. Şənbə günü Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiya növbədənkənar prezident seçkilərinin martın 12-də keçiriləcəyini elan edib. Seçkilərdə iştirak edəcək namizədlər hələ açıqlanmayıb.

Türkmənistanda bundan öncə prezident seçkiləri 2017-ci il fevralın 12-də keçirilib. Seçicilərin 97,28%-i Berdiməhəmmədova səs verib. Seçkilərdə hər biri 1%-dən az və ya bir qədər çox səs toplayan səkkiz namizəd iştirak edib. Türkmənistanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi.(modern)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol