Gürcüstan parlamentinin dörd deputatının mandatı ləğv edildi
Gürcüstan parlamenti üç müxalifət deputatının – "Leyboristlər” partiyasının lideri Şalva Natelaşvili, "Droa” partiyasının lideri Elene Xoştariyanın və "Gürcüstan naminə Lelo” partiyasının lideri Badri Caparidzenin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edib.
Xoştariya və Natelaşvili parlamentin plenar iclaslarının sistemli şəkildə keçirilməməsi səbəbindən mandatlarını itiriblər.
Tbilisi Şəhər Məhkəməsi TBC Bankın təsisçilərindən biri olan Caparidzeni 2008-ci ildə dələduzluqda təqsirli bilib və 7 il müddətinə azadlıqdan məhrum edib. Lakin cinayət təqibi üzrə məhdudiyyət müddəti başa çatdığından o, cəzasını çəkməkdən azad edilib.
Gürcüstan Konstitusiyasına görə, parlament üzvü qanuni qüvvəyə minmiş hökm əsasında təqsirli bilinərsə, o, deputatlıq səlahiyyətlərindən məhrum edilə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox