Ermənistanda koronavirusa yoluxanların sayı artdı
Ermənistanda son sutkada daha 1 774 nəfərdə COVID-19 aşkarlanıb.
www.anews.az
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 410 155-ə çatıb.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 28 nəfər artaraq 8 229-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 581 nəfərdir. İndiyədək 381 700 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 18 645 aktiv koronavirus xəstəsi var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox