İranda koronavirusdan ölənlərin sayı 135 min nəfəri keçib
İranda ötən sutka ərzində 16 967 nəfər koronavirusa (COVID-19) yoluxub, 242 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 135 040 nəfərə, yoluxanların sayı isə 6 942 452 nəfərə çatıb. Virus daşıyıcılarından 4 053 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 489 920 nəfər koronavirusdan sağalıb, 46,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox