İranda ötən sutka koronavirusdan 236 nəfər ölüb
İranda ötən sutka ərzində 19 110 nəfər koronavirusa (COVID-19) yoluxub, 236 nəfər ölüb, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 135 276 nəfərə, yoluxanların sayı isə 6 961 562 nəfərə çatıb. Virus daşıyıcılarından 4 085 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 517 436 nəfər koronavirusdan sağalıb, 46,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox