• $
  • £

СNN müxbiri Kiyevdə partlayış səslərinin eşidildiyini xəbər verir - VİDEO

СNN müxbiri Kiyevdə partlayış səslərinin eşidildiyini xəbər verir - VİDEO
24.02.2022 08:17
CNN müxbiri Kiyevdə ardıcıl partlayış  səslərinin eşidilməsi barədə xəbər verir. 

"CNN-in Ukraynada olan komandası Ukraynanın paytaxtı Kiyev yaxınlığında bir neçə güclü partlayış səsinin eşidildiyini bildirir”, - deyə nəşr yazır.

"NOTAM” aviasiya heyətinin beynəlxalq məlumatlandırma sisteminə əsasən, Ukraynanın hava məkanında mülki təyyarələrin uçuşlarına məhdudiyyətlər tətbiq edilib. Səbəb kimi mülki aviasiya üçün mümkün təhlükələrin ola biləcəyi  göstərilir.
 
Xüsusilə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda güclü partlayışın olduğu bildirilir.  Bu xəbəri Ukraynanın  «Страна.ua» nəşri də təsdiqləyir. Şəhər sakinləri  silsilə partlayış səslərin eşitdikllərini deyirlər. Nəşr həmçinin Mariupol və Odessada partlayışın olduğunu yazır.
 
"Xarkova edilən hücum bilavasitə videoda əksini tapıb. Deyilənə görə hərbi hissəyə həmlə yetirilib", deyə nəşr  bildirilib. 
 
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər tezdən Rusiya və Ukrayna vətəndaşlarına Ukraynadakı vəziyyətlə bağlı müraciət edib.

O, Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya tərəfindən tanınması qərarını şərh edərkən deyib ki, özünü müdafiə etmək bacarığı özü bir yaxşılıq etmə deməkdir. 

Fevralın 23-də Donetsk və Luqansk Xalq Respublikalarının rəhbərləri Denis Puşilin və Leonid Paseçnik Putindən, onların fikrincə, Donbassdakı münaqişəni güc yolu ilə həll etməyə çalışan Ukraynanın təcavüzünü dəf etmək üçün kömək istəyiblər.

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb. Bundan sonra  ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Avstraliya, Kanada tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol