Kiyev, Dnepr, Xarkova hücum edilib - Ukrayna Daxili İşlər Nazirliyi/VIDEO
Ukraynanın müxtəlif şəhərlərində - xüsusilə Kiyev, Dnepr, Xarkovda hərbi obyektlərə hücum edilib. Bu barədə "Strana.ua” nəşri öz Telegram kanalında Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkoya istinadla yazıb.
"İşğal başladı. İndicə hərbi idarəetmə mərkəzlərinə, aerodromlara, hərbi anbarlara - Kiyevdə, Xarkovda, Dneprdə raket zərbələri endirilib. Sərhəd artilleriyadan atəşə tutulur. Bu gündən dünyada yeni geosiyasi reallıq yaranıb”, - deyə Geraşenko bildirib.
O, həmçinin bildirib ki, rus qoşunlarının Odessaya enib sərhədi keçərək Xarkova keçiməsi barədə də xəbər var.
Qeraşçenko ilk rəsmi xülasəsini tamamlayaraq "qələbə bizim olacaq" deyib.
Daha əvvəl CNN müxbiri Ukrayna Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, Kiyev yaxınlığında baş verən partlayışlar raket zərbələridir.
www.anews.az

UNİAN-ın verdiyi məlumata görə, Kiyevdən başqa, "Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış” xəbərləri var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox