• $
  • £

Ukraynada hərbi vəziyyət tətbiq edilib - YENİLƏNDİ

Ukraynada hərbi vəziyyət tətbiq edilib - YENİLƏNDİ
24.02.2022 09:01
Ukraynada hərbi vəziyyət tətbiq edilib, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Hazırda Kiyev, Odessa, Kramatorsk, Xarkov, Berdyansk və digər şəhərlərdə partlayış səsləri eşidilir.
 
*****

Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı imzaladığı fərmanı təsdiq edib.

Müvafiq qərarın lehinə 335 deputat səs verib.

Artıq 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir.

Fövqəladə vəziyyət elan edilən ərazilərdə aşağıdakı tədbirlər görüləcək:
xüsusi giriş və çıxış rejimi, habelə hərəkət azadlığının məhdudlaşdırılması (zəruri olduqda);

nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması (zəruri olduqda);

ictimai asayişin və əhalinin və xalq təsərrüfatının həyati fəaliyyətini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;

kütləvi tədbirlər, tətillər qadağandır;

Eyni zamanda rayon və Kiyev şəhər dövlət administrasiyalarının sədrləri fövqəladə vəziyyətin hüquqi rejiminin tədbirlərinin həyata keçirilməsi üçün icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, müəssisə, idarə və təşkilatların hərəkətlərini əlaqələndirmək üçün administrasiya rəhbərlərinin başçılığı ilə operativ qərargahlar yaradacaqlar.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol