CNN: ABŞ və müttəfiqləri fevralın 24-də Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək
ABŞ və müttəfiqləri fevralın 24-də Rusiyaya qarşı tammiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə CNN jurnalisti Amerika administrasiyasının nümayəndəsinə istinadən Tvitterdə məlumat veri.
Onun fikrincə, söhbət son bir neçə həftə ərzində Vaşinqtonda müzakirə edilən məhdudlaşdırıcı tədbirlərdən gedir.
Bundan əvvəl Avropa İttifaqı sanksiyalara məruz qalan 500-dən çox rusiyalının adını açıqlamışdı. Sanksiya siyahısına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, RT-nin baş redaktoru Marqarita Simonyan, jurnalist Vladimir Solovyov, iş adamı Yevgeni Priqojin və həyat yoldaşı da daxil edilib.

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin DNR və LNR-nin müstəqilliyinin tanınması haqqında fərman imzalayıb. Bundan sonra ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və digər ölkələr tərəfindən Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox