Kiyevdə Vasilkovski küçəsində partlayış - DAĞINTI VAR
Kiyevdə Vasilkovski küçəsində baş verən partlayış nəticəsində yaşayış binaları və ticarət obyektləri zədələnib. Bu barədə TASS məlumat yayıb.
Hazırda Ukrayna paytaxtında baş verən partlayışın təfərrüatları araşdırılır. Yaralanan və ölənlər barədə məlumat yoxdur.
Bundan əvvəl Kiyev sakinlərinin şəhəri tərk etməyə başladığı bildirilirdi.
KİV-də həmçinin Ukraynanın Xarkov, Odessa və başqa şəhərlərində baş verən partlayışlar barədə məlumatlar yayılıb.
Son məlumata görə, Ukrayna bütün ölkə ərazisində hərbi vəziyyət tətbiq edir.
Ukrayna ərazisində partlayışlar barədə xəbərlər fonunda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynanın şəhərlərinə heç bir zərbə endirilmir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox