Ukrayna Baş Qərargahı: Rusiya hərbi obyektlərə və aerodromlara hücum edir - VİDEO
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Ukraynanın bir sıra şəhərlərini atəşə tutması barədə məlumat yayıb.
"Bu gün, fevralın 24-ü saat 5.00-da (Moskva vaxtı ilə saat 4.00) Rusiya Federasiyasının silahlı qüvvələri şərqdəki bölmələrimizi intensiv atəşə tutmağa başlayıb, həmçinin Boryspol, Ozernı, Kulbakino, Çuqev, Kramatorsk aerodromlarına, Çernobaevka, eləcə də Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə raket və bombalı hücumlara başlayıblar”, - bu barədə qurumun "Facebook” səhifəsində bildirilir.
Xəbərdə həmçinin qeyd olunur ki, Rusiya Ukraynanın dövlət sərhədləri boyunca yerləşən yaşayış məntəqələrini də artilleriyadan atəşə tutur.
www.anews.az

Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Ukrayna şəhərlərinə heç bir raket, hava və artilleriya zərbəsi endirmədiyini bildirib. "Yüksək dəqiqlikli silahlar Ukrayna ordusunun hərbi infrastrukturunu, hava hücumundan müdafiə vasitələrini, hərbi aerodromlarını və aviasiyasını sıradan çıxarır"_ deyə Rusiya MN açıqlayıb.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox