• $
  • £

Co Bayden: "Rusiya cavab verməli olacaq"

Co Bayden:
24.02.2022 14:07
ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya təcavüzünü əsassız və haqsız adlandıraraq, Moskvanın cavab verməli olacağını vəd edib, bu barədə Prezidentin xüsusi bəyanatında deyilir. 

"Prezident Putin özünün hazırladığı, fəlakətli qurbanlara və iztirablara səbəb olacaq müharibəyə başlamağı seçdi. Bu hücumun səbəb olacağı qurban və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyacaq. Birləşmiş Ştatlar və müttəfiqləri birgə və qətiyyətli cavab verəcəklər. Bütün dünya Rusiyanı məsuliyyətə çağıracaq”, - deyə bəyanatda qeyd edilib. 

Bayden bildirib ki, fevralın 24-də Vaşinqton vaxtı ilə səhər "Böyük yeddilik” ölkələrinin rəhbərləri ilə görüş keçirməyi planlaşdırır. Prezident "Ukraynaya qarşı bu düşüncəsiz təcavüz aktına görə” ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı sonrakı addımlarını xalqa açıqlayacaq bəyanatla çıxış etməyi vəd edib.
 
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Dünya 22:50
Əraqçi və Lavrov ABŞ-İran danışıqlarını müzakirə edib
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Dünya 21:54
Tramp Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artıracaq
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
Dünya 20:31
Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Tramp qapalı brifinq keçirəcək
Dünya 14:06
Tramp qapalı brifinq keçirəcək
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol