Rusiya Kiyev ətrafındakı aerodromlara niyə maraq göstərir?
Fevralın 24-dən Ukraynaya müharibə elan etmiş Rusiyanın silahlı qüvvələri artıq bir neçə gündür ki Kiyev ətrafındakı aerodromları almağa cəhd edir. Ukraynada çalışan jurnalistlərin verdiyi xəbərə görə, Kiyev vilayətində ən ağır döyüşlər Vasilkov şəhərində gedir. Niyə Rusiya bu aerodromlara belə maraq göstərir?
BBC jurnalisti İlya Barabanov hesab edir ki, Hostomeldəki "Antonov" hava limanında uçuş-enmə zolağı dağıdıldığından, Julyanıda da uğursuzluğa düçar olduqdan sonra ruslar Vasilkovo aerodromunu ələ keçirməyə çalışırlar.
Məntiq sadədir. Ruslara qoşunları yerə endirmək və oradan şəhərə qarşı hücumu təmin etmək lazımdır. Amma indi üçüncü yerdə işləmir.
Əgər ruslar Kiyevin əsas hava limanı olan Borispolda eniş etsə, oradan Kiyevin mərkəzinə gedən yolda körpüləri keçməli olacaqlar. Belə ki "Borispol" hava limanı Dnepr çayının sol sahilindədir.

www.anews.az
Məntiq sadədir. Ruslara qoşunları yerə endirmək və oradan şəhərə qarşı hücumu təmin etmək lazımdır. Amma indi üçüncü yerdə işləmir.
Əgər ruslar Kiyevin əsas hava limanı olan Borispolda eniş etsə, oradan Kiyevin mərkəzinə gedən yolda körpüləri keçməli olacaqlar. Belə ki "Borispol" hava limanı Dnepr çayının sol sahilindədir.
Beləliklə, ruslara yerüstü hücumu təmin etmək üçün ya Hostomeli, ya Vasilkovu, ya da Julyanını tutmaq vacibdir. Görünür şimalda yerləşən Çernobıldan hücum etmək onlara yetərli deyil.

Kiyevə hücum necə ola bilər?
Britaniyanın istefada olan generalı Riçard Barrons Sky kanalında Kiyev uğrunda döyüşün necə gedəcəyindən danışıb.
Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər uğurlu müdafiəsi və rusların maddi-texniki təminatı ilə bağlı problemlərinin yaranması səbəbindən Rusiya qoşunlarının Ukrayna paytaxtına hücumu artıq ləngiyib. Lakin Rusiya bazar günü öz qüvvələrini Kiyevin kənarında toplayıb şəhəri ələ keçirməyə çalışa bilər.
"Rus tankları, şübhəsiz ki, prezident sarayına doğru irəliləyəcək, yol boyu təkcə Ukrayna hərbçilərinin deyil, həm də sadə vətəndaşların sərt müqaviməti ilə qarşılaşacaq. Kiyevin mərkəzində rus texnikası ciddi müqavimətlə rastlaşacaq və bu şübhəsiz, şəhərdə əhəmiyyətli dağıntılara və dinc əhalinin ölümünə səbəb olacaq" - ingilis generalı bildirib.
Təbii ki, Ukrayna Silahlı Qüvvələri şimal-qərbdən paytaxta yaxınlaşan yerlərdə rusları saxlamağa cəhd edə bilər, lakin o zaman Ukrayna bölmələri düşmənin raket və hava zərbələri üçün asan hədəfə çevriləcək.
Digər variant isə generalın fikrincə, rus tanklarını onlara fəal müqavimət göstərmədən mərkəzə buraxmaq (bu, əhəmiyyətli itkilərin və dağıntıların qarşısını alacaq) və artıq mərkəzdə olan düşmənə hücum etməkdir, burada onun qüvvələrini koordinasiya etmək daha çətin olacaq.
General əmindir ki, şəhərin əhəmiyyətli hissəsini xarabalığa çevirmədən Kiyevi ələ keçirmək ruslara çətin olacaq. Bunu rus komandanlığı da başa düşür.
Ukrayna üçün başqa mümkün strategiya rusların arxasına zərbə endirmək, onların rabitə və təchizat sistemini pozmaqdır, çünki döyüşün davam etdirilməsi üçün lazım olan texnikanı ruslar onlardan 200 km aralıda yerləşən xaricdən gətirirlər.
Ser Riçardın fikrincə, hər şey şərq cəbhəsindədir. Kreml, görünür, Ukraynanın əsasən rusdilli vətəndaşlarının məskunlaşdığı şərq rayonlarının rus qoşunlarına o qədər də müqavimət göstərməyəcəyini və onları qəbul edəcəyini gözləyirdi.
"Lakin Moskva yanılıb. Şərqdə isə rusların irəliləməsi dayandırılıb", Barrons vurğulayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər