Jurnalistlər "putinpərəst" xəbərləri oxumaqdan imtina edir, istefa verirlər - Reuters
Rusiya prezidenti Vladimir Putin Ukraynaya müharibə elan edəndən bəri "putinpərəst" Ruptly xəbər videoagentliyinin jurnalistləri bir-birinin ardınca istefa verməyə başlayıb. Buna səbəb onların efirdə Rusiyanın Ukraynaya təcavüzünü "xüsusi əməliyyat" adlandırmaqdan imtina etməsi olub. Bu barədə Reuters agentliyi xəbər verir.
Putin siyasətini təbliğ etmək məqsədi ilə yaradılan Ruptly videoagentliyi RT telekompaniyası və Sputnik xəbər agentliyi ilə eyni mənbədən maliyyələşir.
Ruptly videoagentliyinin səhər iclaslarından birinin audioyazısı Reuters agentliyinin əlinə düşüb. Həmin audioyazıda jurnalistlərin Ruptly rəhbərliyinə etiraz etdikləri açıq bildirilir.
Reuters-in əldə etdiyi məlumata görə, Ruptly-dan son günlər dəqiq 3 baş redaktor istefa verib.
Hazırda Avropa Birliyi RT teleşirkətinin və Sputnik agentliyinin öz ərazisində fəaliyyətinin və yayımının dayandırılması barədə müzakirələr aparır. Hələlik Ruptly videoagentliyinin məsələsinə baxılmır.
Reuters məsələyə Ruptly videoagentliyinin münasibətini öyrənmək bu şirkətin mətbuat katibi Şon Linə müraciət edib. O, sorğuya cavabında deyib ki, "bağışlayın fevralın-dan 25-dən mən o şirkətdə çalışmıram".
N.Təbrizli
www.anews.az

Bundan başqa adının anoniim saxlanmasını istəyən Ruptly jurnalistlərindən biri də Reuters-ə bu məlumatı təsdiqləyib.
"Ukraynaya təcavüz başlayandan sonra əməkdaşların bir qismi saxta xəstəlik kağızı aldı, bir qismi isə işdən istefa verdi. Bu biabırçılıqda iştirak etmək sonra da qaçqınların düşərgəsinə gedib özünü yalandan onların halına acıyan kimi göstərmək olmaz", - o bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər