BP-dən bu universitetə müasir elektron kitabxana HƏDİYYƏSİ
Bu gün BP Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə universitetə müasir elektron kitabxana hədiyyə edib, bu barədə"BP-Azerbaijan” şirkəti məlumat yayıb.
Bu kitabxana 700 000 nüsxəyə yaxın rəqəmsallaşdırılmış kitab, tədris materialları və digər vəsaitlərə məsafədən birbaşa çıxış təmin etməklə istifadəçilərə mürəkkəb axtarışlar aparmağa və məzmunu başqaları ilə paylaşmağa imkan yaradacaq.
Yeni elektron kitabxana həmçinin kitabxana sisteminin səmərəli fəaliyyəti üçün tələb olunan bütün zəruri fiziki infrastruktura malikdir. Burada istifadə olunan elektron vasitə kitabxananın idarə edilməsi proseslərinin təkmilləşdirilməsinə kömək edəcək.
"Biz Azərbaycanın ən qədim və ən nüfuzlu pedaqoji universitetinin 100 illik yubileyinin qeyd olunmasına qoşulmaqdan məmnunuq. Ümid edirik ki, bu gün istifadəyə verdiyimiz rəqəmsal kitabxana təlim, tədris və tədqiqat materiallarının zəngin və asanlıqla əl çata bilən mənbəyinə çevriləcək və universitetin təhsilin keyfiyyətini artırmaq səylərinə dəstək verəcək. İnanırıq ki, bu müasir elektron kitabxana həm tələbələrin, həm də müəllimlərin elmi-tədqiqat fəaliyyətinə təkan verməklə universitetdə elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək”, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
www.anews.az
Son xəbərlər
Daha çox