• $
  • €
  • ₽
  • ₺
  • £

“Skal International Baku” klubunun 25-ci toplantısı keçirilib- FOTOLAR

“Skal International Baku” klubunun 25-ci toplantısı keçirilib- FOTOLAR
02.03.2022 15:59
Divan Express Baku Hotelində "Skal International Baku” klubunun 'Turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri' mövzusu üzrə (Azərbaycan Turizm Peşəkarları Assosiasiyası) ənənəvi 25-ci toplantısı keçirilmişdir.
 
Tədbir vətən uğrunda şəhid olan qəhrəmanlarımızı bir dəqiqəlik sükütla yad edilməsi və Dövlət Himni ilə başlayıb. Toplantının birinci mərhələsində
'Skal International Baku' klubunun prezidenti Ceyhun Aşurovun çıxışından sonra Skal klubunun üzvləri mövzu ilə əlaqədar və Skal Baku klubunun gələcək fəaliyyəti ilə bağlı öz fikirlərini bildirmişdir. Nümayəndələr toplantıda hazırda dünya turizmində aparılan  post-pandemiya tədbirləri, bunun Azərbaycan turizminə təsirləri, bundan sonrakı dönəmdə "Skal İnternational Baku”nun atacağı addımlar, "Şuşa İli” çərçivəsində görüləcək işlər və s. barədə müzakirə aparmışlar.
 
Tədbir media nümayəndələri və rəsmi dövlət qurumlarının iştirakı ilə baş tutmuşdur.
 
Tədbirdə Azərbaycan Turizm Bürosunun səlahiyyətli nümayəndələri, Azərbaycan Bələdçilər Assosiasiyası nümayəndələri, KOBİ Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələri, Azərbaycan Turizm Şirkətləri və Hotelləri Assosiasiyası nümayəndəlikləri, Azərbaycan Konqreslər Bürosu rəsmiləri, turizm agentlikləri, sənaye nümayəndələri, Bakı və digər regionlardan olan hotel rəhbərləri iştirak etmişlər.
 
- Panel müzakirə mərhələsində çıxış edənlər toplantının mövzusu üzrə öz fikirlərini bildirmiş, sənaye nümayəndələri ilə geniş müzakirələr aparılmışlar.
Toplantı şam yeməyi və ənənəvi Skal tostu ilə başa çatmışdır.

















www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağ rayonunda vulkan püskürüb
Cəmiyyət 08:35
Qaradağ rayonunda vulkan püskürüb
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol