“Dojd” telekanalı fəaliyyətini dayandırıb
Rusiya reyestrinə xarici agentlik kimi daxil edilmiş və yayımı bloklanmış "Dojd" telekanalı bu gün fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə telekanalın baş direktoru Natalya Sindeyeva məlumat verib. "Martın 3-də efirə buaxılmıçş gündüz xəbərləri buraxılışı bu mövsümün son verilişi idi. Yaranmış şəraitdə işimizi müvəqqəti dayandırırıq. Həqiqətən də efirə qayıdacağımıza ümid edirik", - Sindeyeva deyib.
Bu həftə "Dojd” Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı guya "saxta məlumatlar yaydığına” görə, Baş Prokurorluğun tələbi ilə Roskomnadzor tərəfindən bloklanıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər