• $
  • £

Seyidova: Media sosial şəbəkələrin itirdiyi auditoriyanı geri qaytarmaq üçün yeni platformalara çevrilməlidir

Seyidova: Media sosial şəbəkələrin itirdiyi auditoriyanı geri qaytarmaq üçün yeni platformalara çevrilməlidir
01.05.2026 15:56

Ənənəvi media sosial şəbəkələrin artan təsiri fonunda auditoriyanı geri qaytarmaq üçün daha interaktiv və çevik platformalara çevrilməlidir. Bunu Medianın İnkişafı Agentliyinin media təhlil şöbəsinin müdiri Səbinə Seyidova bildirib.

Onun sözlərinə görə, media qurumları sosial şəbəkələrdə kanallar açaraq auditoriyalarını genişləndirməyə çalışsalar da, istifadəçilərin diqqətini tam şəkildə öz platformalarına yönəltməkdə hələ də çətinlik çəkirlər.

“Ənənəvi media informasiyanı əsasən birtərəfli ötürür və interaktivlik nisbətən azdır. Müasir auditoriya isə yalnız məlumat almaq deyil, həm də kontent yaradıcılığında iştirak etmək istəyir,” Seyidova qeyd edib.
O bildirib ki, dünyada artıq “yeni media” anlayışı formalaşır və media platformaları istifadəçilərə həm xəbər istehlakçısı, həm də məzmun yaradıcısı kimi iştirak imkanı verməlidir.

Seyidovanın sözlərinə görə, The New York Times, BBC və Al Jazeera kimi aparıcı media qurumları mobil tətbiqlərini inkişaf etdirir, sosial şəbəkələrdə isə xəbər kontenti ilə yanaşı, maarifləndirici və əyləncəli məzmun da təqdim edirlər.

“Bu, medianın yalnız jurnalistika fəaliyyəti kimi deyil, həm də biznes subyekti kimi inkişaf etdiyini göstərir,”- o bildirib.

Seyidova qeyd edib ki, süni intellekt mediaya yeni imkanlar açmaqla yanaşı, dezinformasiya və manipulyasiya risklərini də artırır.

Onun sözlərinə görə, süni intellekt jurnalistlərin rutin işlərini azalda, vaxtdan daha səmərəli istifadə etməyə və strateji düşüncəyə daha çox imkan yarada bilər.

“Amma süni intellektdən istifadə şəffaf və məsuliyyətli olmalıdır. Media qurumları bu texnologiyadan auditoriya etimadını qorumaq və keyfiyyətli kontent yaratmaq üçün yararlanmalıdır,”- Seyidova əlavə edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sea breeze”də ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - Yenilənib
Cəmiyyət 23:58
"Sea breeze”də ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - Yenilənib
Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Cəmiyyət 22:59
Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Qubada zəlzələ olub - Yenilənib
Cəmiyyət 22:19
Qubada zəlzələ olub - Yenilənib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Cəmiyyət 20:45
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Cəmiyyət 19:30
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Cəmiyyət 18:36
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Cəmiyyət 18:07
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Sumqayıtda 200 kvadratmetrlik kafe tamamilə yanıb
Cəmiyyət 17:51
Sumqayıtda 200 kvadratmetrlik kafe tamamilə yanıb
Bakıda, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi nəticəsində 72 min manatlıq ziyan vurulub
Cəmiyyət 17:10
Bakıda, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi nəticəsində 72 min manatlıq ziyan vurulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol