• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynaya döyüşməyə gedən Çexiya vətəndaşları həbs olunacaq? - RƏSMİ AÇIQLAMA

Ukraynaya döyüşməyə gedən Çexiya vətəndaşları həbs olunacaq? - RƏSMİ AÇIQLAMA
04.03.2022 10:49
Çexiya konstitusiyasına görə, başqa ölkənin ordusunda xidmət edən Çexiya vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilir. 
Lakin Ukrayna ordusuna dəstək verməyə gedən Çexiya vətəndaşları bu cəzadan azad ediləcək, bu barədə ölkənin baş naziri Petr Fiala bildirib. 

Çexiya prezidenti Miloş Zeman və Baş nazir Petr Fiala martın 3-də Lanıdakı prezident iqamətgahında görüşüblər. Onlar Çexiya vətəndaşlarına Rusiyanın Ukraynaya təcavüzünə qarşı  könüllü döyüşə yollanmaları ilə bağlı müzakirələr aparıblar. 

"Biz Ukrayna ilə Rusiya arasındakı müharibəni , bu dövrdə Çexiyanın xarici siyasətdəki mövqeyini müzakirə etmək, həmçinin bu çətin günlərdə Çexiya siyasətində birlik və həmrəylik nümayiş etdirmək üçün prezidentlə görüşdük. Konstitusiyaya görə, başqa ölkənin ordusunda xidmət edən Çexiya vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilir. Prezidentlə görüşdə tövsiyə etdim ki, bu cümlə müstəsna hal kimi Ukrayna-Rusiya müharibəsi üçün tətbiq edilməməlidir. Prezident Zeman razılaşdı. Odur ki, əmanət verə bilərəm ki, Ukraynada ruslarla döyüşdüyünə görə heç bir çex cəzalandırılmayacaq. Prezident Zeman Ukraynadakı döyüşlərdə  könüllülərin iştirakını dəstəkləyir və istisnaların olacağına söz verir",  - baş nazir iclasın sonunda jurnalistlərə bildirib. 
 
2022-ci il  fevralın 24-də  Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Müharibənin başlamasından bir gün sonra - fevralın 25-də  Çexiya hökuməti Ukraynaya humanitar yardım üçün 300 milyon kron (təxminən 14 milyon ABŞ dolları) ayırıb. Çexiyanın Baş naziri Petr Fiala keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna qan ehtiyatı və yanacaqla da təmin olunacaq. Çexiya Ukraynanın Avropa Birliyinə üzvlüyünü dəstəkləyir. Həmçinin, sözügedən ölkə  Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb.
 
Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol