Rusiyada müstəqil saytlar bağlanır
Rusiyanın Tomsk vilayətində yaradılan ТВ-2 nəşri öz fəaliyyətini dayandıra bilər. Bu barədə Tomsk ТВ-2 xəbər agentliyinin baş redaktoru Viktor Muçnik bu nə Facebook hesabında yazıb.
Onun sözlərinə görə, artıq martın 4- keçən gecə Rusiya hakimiyyət dairələri sayta girişi məhdudlaşdırıb.
"Etiraf edim ki, hələ dünən həmkarlarımı yığıb işi dayandırmaq istədiyim barədə məlumat vermək qərarına gəldim . Çünki öz bildiyimiz kimi işləmək artıq mümkün deyil", - o yazıb.
Telekanal ТВ-2 1990-cı ilin əvvəlində yaradılıb. 2015-ci ildə Rusiya hakimiyyəti onun lisenziyasını uzatmadığı üçün o vaxtdan bəri telekanal online formatda çalışırdı.
Rusiya hakimiyyət dairələri həmçinin "Meduza" saytı, Azadlıq radiosu və BBC Ümumdünya xidmətinin saytlarına girişi də məhdudlaşdırıb. Bu işlə ölkə ərazisində saytların fəaliyyətinə cavabdeh olan Roskomnadzor məşğul olur.
Onlar tam bloklanmasa da , domenin müəyyən materialları və səhifələrinə giriş məhdudlaşdırılıb.
Əksər hallarda qadağalar Baş prokurorluğun sorğusu əsasında "İnformasiya, informasiya texnologiyaları və informasiyanın müdafiəsi" qanununun 15,3 bəndinə əsasən həyata keçirilir.
Dünən axşam isə "Dojd" telekanalının Moskva ofisinə biri polis formasında, digəri isə mülki geyimdə olan iki polis əməkdaşı gələrək jurnalistləri ekstremist xarakterli materiallar yaymaqda suçlayıb.
Onlar telekanalın YouTube kanalında olan materiallara öz iradlarını bildirərək, şirkətdən dolayısı ilə bütün kanalı pozmağı tələb ediblər.
Odur ki, martın 3-də telekanalın baş direktoru Natalya Sindeyeva canlı efirdə telekanalın fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib.
Telekanalın saytı martın 1-dən Roskomnadzor tərəfindən Baş prokurorluğun istəyi ilə bloklanmışdı. Səbəb kimi isə Ukrayna müharibəsi barədə yanlış məlumatlar yaymaları göstərilmişdi. Kollektivin təhlükəsizliyinə təhlükə yarandığı üçün baş redaktor Tixon Dzyadko və bir qism jurnalistlər Rusiyanı tərk etməli olmuşdular.
N.Təbrizli
www.anews.az

"Exo Moskvı" radiostansiyası və saytı da analoji səbəb üzündən martın 1-dən öz işini dayandırıb. Onları da Rusiya hakimiyyəti Ukraynada baş verənləri düzgün işıqlandırmamaqda qınayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər