Çerniqovda aviazərbə nəticəsində ölənlərin sayı 47-yə çatdı
Ukraynanın Çerniqov vilayətinin bombalanması nəticəsində 47 dinc sakin ölüb, 18 nəfər yaralanıb, bu barədə məlumatı Çerniqov vilayətinin administrasiyasının Mətbuat xidməti yayıb.
Martın 3-ü və 4-də gecə saatlarında vilayətin bombalanması nəticəsində ölənlərin 38-i kişi, 9-u qadındır.
"Çerniqovda apelyasiya məhkəməsinin rəhbərlərindən biri Lyuba Xareçkanın ailəsinin olduğu avtomobil güllələnib, Xareçka və həyat yoldaşı ölüb, oğlu isə yaralanıb. Onların hadisə yerindən çıxarılmasına cəhdlər davam edir. Bu dəqiqələrdə də şiddətli atışmalar gedir", - Çerniqovdakı hadisə şahidi olan azərbaycanlı bildirib.
Martın 3-də axşam saatlarında isə bombalanma nəticəsində dağılan binaların altından 33 nəfərin meyiti tapılıb, 18 nəfər isə yaralı vəziyyətdə çıxarılıb.
Hazırda Çerniqov mühasirədədir, dağıdıntılar hələdə təmizlənməyib. Dünən axşam saatlarında şəhərin 2 məktəbini tam dağıdılıb.
www.anews.az