• $
  • £

Rusiyanın Ukraynaya hücum planı dalana dirənibmi? - EKSPERTLƏR NƏ DÜŞÜNÜR?

Rusiyanın Ukraynaya hücum planı dalana dirənibmi? - EKSPERTLƏR NƏ DÜŞÜNÜR?
24.03.2022 17:08
Rusiyanın Ukraynaya hücumundan bir ay keçsə də Rusiya ordusu ölkənin bir dənə də olsun böyük şəhərinə nəzarət etmir,  Kiyev və Nikolayevə qarşı hücum praktiki olaraq dayanıb.

Davamlı atəşə tutulan Xarkov və Mariupol da təslim olmur. Rus ordusu tərəfindən ələ keçirilən yeganə regional mərkəz müharibədən əvvəl əhalisi 300 minə çatmayan Xerson şəhəridir. 

Müharibənin növbəti mərhələsindən nə gözləmək olar?


BBC cəbhələrdəki vəziyyətlə bağlı ekspertlərin fikirlərini toplayıb, onlardan gələcəklə bağlı proqnozlarını bölüşmələrini xahiş edib. 

"Rusiyanın hücumu istənilən  qədər sürətli deyil”


Kreml və Rusiya Müdafiə Nazirliyi "xüsusi əməliyyat”ın plana uyğun getdiyini iddia edir. Lakin bütün Rusiya rəsmiləri bunu təsdiq etmir. Ukraynanın işğalında iştirak edən Milli Qvardiyanın  rəhbəri  Viktor Zolotov açıq şəkildə etiraf edib ki, əməliyyat "istədiyimiz qədər sürətlə getmir”.

Rusiyanın hücumunun  zəifliyini  hətta dövlət televiziyasında da etiraf etməyə başlayıblar. Hökumətyönlü şərhçilər bunu guya Rusiya hərbçilərinin Ukraynada mülki əhalinin qayğısına qalması ilə izah etməyə çalışaraq bildirirlər ki, əslində  Rusiya ordusu daha sürətli irəliləyə bilərdi, lakin bilərəkdən əməliyyatlar gecikdirilir.

Amma müstəqil ekspertlər bu versiyanı təkzib edir. Ukraynada yaşayış məntəqələrinin  və xəstəxanaların çoxsaylı dağıntıları beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib.

ABŞ-ın Dəniz Təhlili Mərkəzinin Rusiya proqramının direktoru Maykl Kofmanın sözlərinə görə, indi aparılan əməliyyatları üç şərti cəbhəyə bölmək olar ki, bunlardan ikisində Rusiya ordusu sanki bataqlığa batıb.

"Bu cəbhələrdən birincisi sayılan Kiyev yaxınlığında, Rusiya ordusu öz mövqelərini gücləndirməyə çalışsa da  indiyə qədər Ukrayna paytaxtını mühasirəyə almağa nail  olmayıb və yeni hücumun da yaxın gələcəkdə planlaşdırılmadığı ehtimalı var",  - Kofman yazır.

Ekspert hesab edir ki, Rusiya ordusunun ən böyük uğur qazandığı və Xerson regional mərkəzini ələ keçirə bildiyi Krım ərazisində də  hücumlar zəifləyib . Artıq Nikolayev və Odessa üçün də  təhlükə yoxdur. 

Rusiya Kiyev və Odessaya hücumdan imtina edibmi?

"Yaxın gələcəkdə biz Odessata Rusiya desantının düşəcəyini və ya rus ordusunun Dnestryanı əraziyə hücumunu görməyəcəyik",  -  Kofman bildirib. 

ABŞ-ın  Xarici Siyasət üzrə Araşdırma İnstitutunun baş elmi işçisi Rob Li də bu fikirdədir.

"Dəniz desantının endirilməsi böyük riskdir. Onlar yerə enməyə cəhd etsələr, Ukrayna qüvvələri Rusiya gəmilərinə artilleriya atəşi aça bilər”, - Li BBC-yə müsahibəsində bildirib.

Linin sözlərinə görə, belə bir hadisə artıq Mariupol yaxınlığında yaşanıb. Belə ki, Rusiyanın "Raptor” patrul kateri tank əleyhinə raket kompleksindən atəşə tutulub. Bununla bağlı müvafiq kadrları Ukraynanın "Azov” alayı (Rusiyada qadağan edilib və terror təşkilatı kimi tanınıb) yayıb.

 Conflict Intelligence Team tədqiqat qrupunun analitikləri isə hesab edir ki,  Odessaya hücum etmək üçün Rusiya ordusunun yetərli şəxsi heyəti yoxdur. 


Rusiya ordusunun səhvləri


"Rusiyanın hərbi əməliyyatlarında əvvəlcədən konsentrasiya yox idi. Həddindən artıq çoxlu qüvvələr müxtəlif hücum xətlərində cəmləşdirilmişdi”, - Kofman bildirib.

Rob Linin fikrincə, Ukraynaya hücumla bağlı aparılan hazırlıq işlərinin məxfi saxlanması ordunun ayr -ayrı bölmələri arasında koordinasiyanın  itməsinə səbəb olub. 

İstənilən genişmiqyaslı hərbi əməliyyat zabitlərdən çoxlu sayda fəaliyyət variantlarını düşünməyi və hazırlamağı tələb edir. Bunu mərkəzi komandanlığın planları barədə  təfərrüatlı məlumata malik olmadan etmək mümkün deyil. 

"Rusiya qoşunları müharibəyə iddialı planlarla başladı və hər şeyə bir anda nail olmağa çalışdı. Kiyev üzərinə gedildi, Odessaya, Mariupola hücum edildi, Xarkov və Sumıni mühasirəyə almağa çalışdılar. Amma buna gücləri çatmadı”,  - ekspert hesab edir.

Li qeyd edir ki, ruslar hətta aralarında apardıqları telefon danışıqlarını şifrələmir. ABŞ ordusunun məlumatına görə, Ukraynadakı rus generallardan biri adi mobil telefondan istifadə edərkən öldürülüb.

"New York Times” qəzetinin yazdığına görə, Ukrayna kəşfiyyatı zəngi dinləyib, dinamikin yerini müəyyənləşdirib və ona zərbələr endirib.

Donbas uğrunda döyüş


Rob Li hesab edir ki, Rusiya qüvvələri Kiyev və Odessanı ələ keçirməyə çalışmaq əvəzinə, diqqəti  Donbasa yönəldərək Ukrayna qoşunlarını  "Birləşmiş Qüvvələrin Əməliyyatı" ərazisində mühasirəyə almağa çalışacaqlar. Keçmişdə  "Birləşmiş Qüvvələrin Əməliyyatı" ərazisi antiterror əməliyyatı (ATO) zonası adlanırdı.

"Bu müharibənin bitdiyini düşünmürəm. Rusiya qüvvələri hələ də Ukrayna ordusuna ciddi ziyan vura bilər və "Birləşmiş Qüvvələrin Əməliyyatı" ərazisi ən çətin ərazi olacaq. Bununla belə, Ukraynanın müqaviməti çox güclü olaraq qalır”, - Li deyib.

Önümüzdəki həftənin əsas cəbhələri Mariupol və "Birləşmiş Qüvvələrin Əməliyyatı" zonası olacaq fikri ilə  Kofman da razılaşır. O, gözləyir ki, ruslar eyni vaxtda şimaldan və cənubdan hücum edərək ukraynalıları orada ələ keçirməyə  çalışacaqlar.

Ekspert ehtimal edir ki, Moskva qələbəni elan etmək üçün səbəb axtarır və Donbasın ələ keçirilməsi məhz belə bir səbəb ola bilər. Daha sonra Kreml  Kiyevdən bu ərazini ona Kiyevdən güzəştə getməyi xahiş etməklə bu əraziyə nəzarəti ələ keçirə bilər. 

"Müharibə dalana dirənibmi? Həm hə, həm də yox. Rusiya ordusu yavaş-yavaş, tədricən Donbasa daxil ola bilər. Güman edirəm ki, Ukrayna ordusu əksər cəbhələrdə mövqe tuta bilər və ola bilsin ki, onların bəzilərinə əks hücumlar təşkil edə bilər. Bununla belə, qüvvələrin tükənməsi şübhəsiz  hər iki tərəfə təsir edir”, – Kofman fikrini bülə yekunlaşdırıb.


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Dünya 12:12
Azərbaycana qarşı fəaliyyətdə iştirak edən imam istefa verib
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Dünya 16:17
Britaniyada ölüm hökmü yenidən bərpa edilə bilər
Paşinyan Putin  Aİİ gündəmini müzakirə ediblər
Dünya 13:52
Paşinyan Putin Aİİ gündəmini müzakirə ediblər
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Dünya 16:36
Aİ qeyri-rəsmi müdafiə sammiti keçirəcək
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Dünya 15:07
Avropa artıq “dünyanın mərkəzi” deyil - Borell
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Dünya 16:00
Ermənistan yenə KTMT-da iştirakından imtina edib
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Dünya 15:11
Seçkiyə getməyən nişanlısından ayrılmaq qərarı alıb
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Dünya 12:23
Türkiyəli jurnalistlər İrəvana dəvət edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol