İran Rusiyadan taxıl və ət almağa hazırlaşır
İran Rusiyadan taxıl və ət almağa, eləcə də digər sahələrdə əməkdaşlığa hazırdır. Bunu İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali cümə axşamı jurnalistlərə bildirib.
"Rusiyanın çox yaxşı texnoloji imkanları var. Rusiya bu məsələdə dərin tarixə malikdir. İranın da bu sahədə çox yaxşı imkanları var. Deməli, ölkələrimiz müxtəlif məsələlərdə, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətdədir. Biz taxıl, ət almağa hazırıq və yüksək səviyyədə bu barədə danışıqlar aparılır”.
Cəlali hesab edir ki, İranla Rusiya arasında münasibətlər hər gün inkişaf edəcək və genişlənəcək.
Tehrana embarqonun qaldırılacağı təqdirdə Avropaya neft ixracının mümkün həcmləri nə qədər ola bilər sualına cavabında isə Cəlalı bildirib ki, İranın öz neft bazarları var. Bu əsasən Asiya - Cənub-Şərqi Asiya və Çindir.
N.Təbrizli
www.anews.az

Səfirin sözlərinə görə, İranın Avropa ilə "xüsusi əlaqələri” yoxdur.
Hazırda Avropa ölkələri Ukraynaya qarşı təcavüzünə görə Rusiya ilə iqtisadi əlaqələri dayandırıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər