• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Paşinyan Şarl Mişellə aprelin 6-da keçirilən görüşü müzakirə edib

Paşinyan Şarl Mişellə aprelin 6-da keçirilən görüşü müzakirə edib
19.04.2022 12:01
Ermənistanın baş nazir Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti, Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesini müzakirə ediblər,bu barədə Ermənistan mediasında məlumat verilib.


Söhbət zamanı regiondakı vəziyyət və Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi də müzakirə edilib.


Paşinyan və Mişel həmçinin Aİ-nin Şərq Tərəfdaşlığının iqtisadi və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişin icrasını müzakirə edib, investisiya paketində nəzərdə tutulan proqramların səmərəli icrasının vacibliyini vurğulayıblar.


Mişel Aİ-nin Ermənistan üçün investisiya proqramının tam şəkildə həyata keçirilməsinə sadiq olduğunu bir daha təsdiqləyib və proqramların praktiki icra mərhələsinə tez başlanmasının vacibliyini vurğulayıb.
 
 
Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb və 4 saatdan artıq davam edib. 
 
Liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndiriblər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.


Prezident Mişel hər iki tərəfin etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün humanitar jestlərinin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib. Aİ eyni şəkildə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.


Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb.


İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:


1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası;


2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.


Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağı təşviq edib. Aİ özünün iqtisadi və investisiya planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə qarşılıqlı əlaqələrinin inkişafına dəstək verməyə hazırdır.


Liderlər görüşlərin nəticələrini izləmək və əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Siyasət 11:01
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Putin və Paşinyan Moskvada görüşüb
Siyasət 06:44
Putin və Paşinyan Moskvada görüşüb
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Siyasət 10:38
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
Siyasət 10:20
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Trampla Paşinyan arasında görüş başa çatıb -Yenilənib
Siyasət 23:47
Trampla Paşinyan arasında görüş başa çatıb -Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol