• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Almaniya şirkəti Rusiya qazının pulunu Moskvanın planına uyğun ödəyəcək

Almaniya şirkəti Rusiya qazının pulunu Moskvanın planına uyğun ödəyəcək
28.04.2022 13:08
Rusiya qazının ən böyük idxalçısı olan Almaniyanın Uniper enerji holdinqi Rusiya qazı üçün ödənişləri Avropa bankına deyil, Rusiya bankına köçürəcək.

"Biz qaz pulunu Rusiya bankının hesabına avro ilə ödəməyi planlaşdırırıq", - Uniper sözçüsü bildirib.

Bir gün əvvəl Uniper bildirib ki, Rusiya qazının Polşa və Bolqarıstana ixracının dayandırılması Rusiya qazının Almaniyaya verilməsinə  təhlükə yaratmır və digər ölkələrin tranzit həcmlərinə təsir etməyəcək.

Ötən çərşənbə günü Uniper-in maliyyə direktoru Tiina Tuomela investorlarla keçirdiyi konfrans zamanı bildirib ki, holdinq Qazprom  ilə qaz pulunun rublla ödənilməsi məsələsi ilə bağlı danışıqları davam etdirir.

Eyni zamanda Uniper şirkəti Avropa sanksiyaları çərçivəsində fəaliyyət göstərməyin vacib olduğunu və bu məsələ ilə bağlı Almaniya rəhbərliyi ilə əlaqə saxladığını vurğulayıb.

 Rusiya prezidenti Vladimir Putin martın 31-də "Xarici alıcılar tərəfindən Rusiya təbii qaz alıcıları qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi proseduru haqqında” fərman imzalayıb. Sənədə əsasən, 2022-ci il aprelin 1-dən Rusiya qazını idxal edən ölkələr qaz pulunu rublla ödəməliidirlər . 

Bu məqsədlə müvəkkil bank sayılan  Qazprombankda xarici alıcılar üçün "K” tipli xüsusi rubl və valyuta hesabları açılıb. İndiyə qədər xarici alıcı qazı müqavilədə göstərilən valyutada ödəyir, Qazprombank isə onu Moskva birjasında sataraq rubla çevirir və  Qazproma köçürür. Məhz bu zaman qaz  üçün ödəmə öhdəliyi yerinə yetirilmiş hesab olunur. Bu şərt yerinə yetirilmədikdə, qaz ixracı dayandırılır. 

APrelin 26-27-də  "Qazprom" rublla ödəniş etmədiyi üçün  "Bulgargaz" (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz ixracını dayandırıb.

Enerji məsələləri üzrə ksper Kəmalə Müstafayeva bildirir ki, Rusiyanın Yamal-Avropa qaz kəməri ilə Belarusdan Polşaya, Türkiyə qaz kəməri ilə isə  Bolqarıstana qaz nəqlini dayandırması açıq şantaj xarakteri daşıyır və bunu artıq Avropa Birliyinin yüksək rütbəli rəsmiləri də  bəyan ediblər.

"Diqqət çəkən məqam odur ki "Qazprom" ixracın dayandırılması ilə bağlı radkal addımlarını Avropanın daha Rusiya qazından daha çox asılı olan və eyni zamanda bir o qədər də böyük həcmdə qaz almayan ölkələrində tətbiq etməkdən başlayıb",  -  Mustafayeva bildirib. 

Bəs görəsən yaranmış şərait  qaz ixracatçısı kimi dünya bazarında mövqeyini möhkəmləndirən Azərbaycana nə verəcək? 

Ekspert bildirir ki, Azərbaycanın Avropaya böyük həcmdə qaz ixrac etmək imkanları hələ məhduddur. 

"Hazırda Azərbaycan Avropa istiqamətində qaz ixracını artırmaq imkanları üzərində işləyir. Amma bu zaman tələb edir. Məlum olduğu kimi Azərbaycan Polşaya qaz ixrac etmir. Amma Balkan ölkələri və İtaliyanın qaza olan tələbatını qismən balamaqla Avropa ölkələrinə bir-birinə qaz vermək şəraiti yaradır" ,  -  ekspert bildirib. 

Müstafayevanın fikrincə, yaranmış vəziyyət Bolqarıstanı da  əlavə tədbirlərə əl atmağa vadar edəcək. Belə ki, Azərbaycan qazı Avropaya Trans adriatik qaz (TAP) kəməri ilə verilir. Hazırda bu qaz Yunanıstana  TAP vasitəsilə daxil olduqdan sonra bu ölkəni Bolqarıstana bağlayan daxili qaz kəmərləri ilə  Bolqarıstana da ixrac edilir. Keçən il Bolqarıstan 300 milyon kubmer qaz alıb. Bu il bu həcmi 1 milyard kubmetrə kimi artırmaq düşünülür. 

Kəmalə Mustafayevanın fikrincə, Polşa və Bolqarıstan sənaye deyil daha çox aqrar ölkə olduğundan və qarşıda yay gəldiyindən bu ölkələrin xüsusi qaz qıtlığı yaşayacağı gözlənilmir. 


Hazırda Azərbaycan qazının Bolqarıstana verilməsi üçün Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi gedir və onun bitəcəyi bu ilin yayına proqnozlaşdırılır. 


N.Təbrizli 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
İqtisadiyyat 16:11
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
İqtisadiyyat 14:55
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
İqtisadiyyat 14:14
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
Orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 13:52
Orta aylıq əməkhaqqı artıb
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İqtisadiyyat 13:24
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İlin son faizini qaçırmayın!
İqtisadiyyat 13:19
İlin son faizini qaçırmayın!
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
İqtisadiyyat 13:11
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI
İqtisadiyyat 12:45
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI

100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
İqtisadiyyat 12:05
100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol