• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

AIKGF 2020-2025-ci illərdə verəcəyi ipoteka kreditinin həcmini açıqladı

AIKGF 2020-2025-ci illərdə verəcəyi ipoteka kreditinin həcmini açıqladı
28.04.2022 13:16
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AİKZF) 2020-2025-ci illərdə agent banklar vasitəsilə 1,7 milyard manat məbləğində ipoteka krediti verməyi planlaşdırır. Bu barədə fondun departament rəisi İlhamə İsabalayeva məlumat verib. 

"2020-2025-ci illər üçün strateji plana əsasən, 20 min nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 1,7 milyard manat məbləğində ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur”, - İsabalayeva qeyd edir.

Fond indiyədək ümumi məbləği 2,1 milyard manatdan çox olan 38 mindən çox ipoteka krediti verib. Bununla yanaşı, fonddan ipoteka kreditləşməsinin həcmi 2021-ci ildə 356,1 milyon manat, 2020-ci ildə isə 257,5 milyon manat təşkil edib.

Onun sözlərinə görə, bu planı yerinə yetirmək üçün Fond son illərdə müşahidə olunan ipoteka kreditləşməsinin yüksək dinamikasını saxlamaq, eləcə də yeni alətlər (tikinti və təmir üçün kreditlər) tətbiq etmək niyyətindədir.

İsabalayeva vurğulayıb ki, fond 2026-cı ilə qədər ipoteka kreditlərinin əlçatanlığının artırılması, ipoteka kreditləri üçün sabit və uzunmüddətli maliyyə resurslarının cəlb edilməsi, əməliyyatların avtomatlaşdırılması və digər addımların atılması istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, 2022-ci ilin birinci rübündə fonddan verilən ipoteka kreditinin orta həcmi 76,5 min manat təşkil edib. Bu ilin yanvar-martında ipoteka kreditləri 294 ay müddətinə verilib, orta kredit dərəcəsi 5,7% , aylıq ödəniş 504 manat olub. 

2022-ci ilin birinci rübündə ipoteka ilə alınan mənzillərin orta dəyəri 111,41 min manat ( təşkil edib.

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilə qədər müddətə verilir, kreditin maksimal məbləği 150.000 AZN-dən çox olmamalıdır, kredit illik 8%-dən çox olmayan faizlə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Yalnız sosial ipoteka dövlət büdcəsindən maliyyələşdirilir. Onun maksimal ölçüsü 100.000 AZN, dərəcəsi illik 4%-dən çox deyil, müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
İqtisadiyyat 16:11
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
İqtisadiyyat 14:55
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
İqtisadiyyat 14:14
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
Orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 13:52
Orta aylıq əməkhaqqı artıb
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İqtisadiyyat 13:24
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İlin son faizini qaçırmayın!
İqtisadiyyat 13:19
İlin son faizini qaçırmayın!
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
İqtisadiyyat 13:11
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI
İqtisadiyyat 12:45
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI

100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
İqtisadiyyat 12:05
100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol