• $
  • £

Milli Məclisin növbəti iclasının gündəliyinə 20 məsələ daxil edilib

Milli Məclisin növbəti iclasının gündəliyinə 20 məsələ daxil edilib
10.05.2022 18:03
Milli  Məclisin mayın 13-də keçiriləcək plenar iclasının gündəliyinə 20  məsələ daxil edilib. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. 
 
Gündəliyə aşağıdakı məsələlər daxildir:
 
1. "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında”, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Mədəniyyət haqqında” və "Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
4. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
5. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
6. "Onkoloji yardım haqqında” və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
7. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
9. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
10. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
 
11. "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
 
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
 
13. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
 
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
 
15. "Əhalinin sağlamlığının qorunması haqqında”, "Özəl tibb fəaliyyəti haqqında”, "Lotereyalar haqqında” və "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
 
16. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
 
17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Elektroenergetika haqqında”, "Qaz təchizatı haqqında”, "Energetika haqqında”, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
 
18. "Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
19. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Siyasət 21:59
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Siyasət 20:50
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Siyasət 20:11
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Siyasət 19:54
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Siyasət 17:25
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
Siyasət 16:50
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Siyasət 16:30
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Явление Моджтабы народу - Oбновлено
Siyasət 15:23
Явление Моджтабы народу - Oбновлено
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Siyasət 15:05
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol