• $
  • £

Finlandiya və İsveç NATO-ya girərsə Rusiyanı nə gözləyir? - TƏHLİL

Finlandiya və İsveç NATO-ya girərsə Rusiyanı nə gözləyir? -  TƏHLİL
11.05.2022 17:15

Finlandiya NATO-ya daxil olarsa, alyansa üzv ölkələrin Rusiya ilə ümumi sərhədinin uzunluğu iki dəfə artacaq və 2600 km təşkil edəcək. Bir tərəfdən, bu ssenari üzrə hadisələr inkişaf edərsə NATO-nun mövqeyi artacaq, digər tərəfdən, yaxşı təlim keçmiş və yaxşı təchiz edilmiş Finlandiya ordusu alyans üçün üstünlük sayılacaq.

 

 

Stokholm İsveç Müdafiə Universitetinin professoru Jakob Vestberg fikrincə, Finlandiyada hələ də hərbi xidmət var. Finlandiya 280.000 əsgərdən ibarət orduya malikdir.Bugünkü Avropa üçün bu, kifayət qədər böyük ordudur.


 

Rusiya ilə birbaşa sərhədi olmayan İsveç alyansa qoşulsa, NATO-nun Baltik dənizində əməliyyatlar keçirməsi asanlaşacaq. Axı bu halda Rusiyadan başqa Baltik dənizinə çıxışı olan bütün ölkələr alyansın üzvü olacaq.İsveçin NATO-ya daxil olması Qotland adasının ərazisinin alyansın nəzarəti altına keçməsi demək olacaq. Bu həmçinin NATO-ya Baltik dənizinin çox hissəsini, eləcə də Baltikyanı ölkələri müdafiə etmək imkanı verəcək.

 

 

"Rusiyanın Baltik dənizində fəaliyyət göstərməsi daha çətinləşəcək. Axı İsveçdə Polşa və Almaniya donanmalarını tamamlayacaq çox müasir beş sualtı qayıq var", - hərbi ekspert Yakob Vestberq DW-yə müsahibəsində bildirib.


 

 

İsveç Hərbi Hava Qüvvələrində 100-dən çox müasir qırıcı var. Bununla belə, son onilliklər ərzində bir çox NATO ölkələrində olduğu kimi İsveçin quru qoşunları əhəmiyyətli dərəcədə azalıb. Jakob Westberg hesab edir ki, bu vəziyyəti dəyişmək üçün on il lazım olacaq.


 

Təşkilati baxımdan NATO-ya yeni üzvlərin qəbulu problem deyil


 

NATO-nun Brüsseldəki qərargahından verilən məlumata görə, hərbi baxımdan Finlandiya və İsveç dərhal alyansa qoşulmağa az-çox hazırdır. Bu ölkələrin orduları uzun illərdir ki, NATO qoşunları ilə əməkdaşlıq edir. Finlandiya və İsveç əsgərləri NATO-nun Əfqanıstandakı missiyasına daxildirlər. 2015-ci ildən Finlandiya və İsveç avadanlıq və təlimlər üzrə ABŞ ilə sıx əməkdaşlıq edir.


 

Bundan əlavə, Finlandiya və İsveç NATO ilə birgə müdafiə planlaması haqqında razılığa gəliblər və birgə dəniz döyüş qrupu yaradıblar.

 

 

"Lakin qarşılıqlı yardımla bağlı heç bir öhdəlik yox idi. Bu dövlətlər NATO-ya daxil olarsa, bu vəziyyət dəyişəcək. Ehtimallara görə, Finlandiya və İsveç də Baltikyanı ölkələrin müdafiəsi üçün NATO-nun döyüş qruplarında iştirak edəcək", -İsveçli hərbi ekspert Vestberq vurğulayıb.

 

 

Finlərin əksəriyyəti NATO-ya qoşulmağın tərəfdarıdır


 

Finlandiyanın baş naziri Sanna Marin həftələrdir ki, NATO-ya üzv olmaqla bağlı açıqlamalar verir.

 

 

Finlandiya hökumətinin keçmiş başçısı Alexander Stubb üçün qərar artıq qəbul edilib. Həqiqətən də, son sorğulara görə, finlərin 62 faizi "aktiv neytrallıq” statusundan imtinanın tərəfdarıdır.


 

"Bizim əhali indi bir qorxu içindədir. Əgər Putin Ukraynadakı etnik slavyanlara hücum edirsə , niyə də Finlyandiya ilə eyni şeyi etməsin?” Stubbbildirib.

 

Finlandiyanın ərazisinin təxminən 9%-ni 1939-1940-cı illərdə Sovet İttifaqına qarşı müharibədə itirib deyən Stubb vurğulayıb ki, hazırda finlər bir daha təhlükə ilə üzləşmək istəmirlər.

 

 

 

İsveç təhlükəsizlik vəziyyətini təhlil edir


İsveçin mövqeyi bir qədər daha gözləniləndir. İsveç hökumətinin başçısı Maqdalena Andersson finlandiyalı həmkarı ilə görüşdən sonra bildirib ki, Stokholm yeni təhlükəsizlik vəziyyətini tez və hərtərəfli öyrənməyə hazırlaşır.


 

"İsveçdə inanırıq ki, 200 ildir ki, Napoleonun vaxtından bəri biz sülhə nail olmuşuq, çünki biz həmişə hərbi ittifaqları rədd etmişik. Effektiv neytrallığın özünü dərk etməsi indi təhdid altındadır. İndi biz təhlükəsizlik vəziyyətinə tamamilə başqa tərəfdən baxmalıyıq. Ukraynaya qarşı müharibə dönüş nöqtəsi oldu", - müdafiə eksperti Yakob Vestberq bildirib.


 

NATO-ya daxil olmağa razılıq vermək üçün İsveçdə hakim Sosial Demokrat Partiyası bu məsələ ilə bağlı ilkin mövqeyini dəyişməli olacaq. Bu ölkədə seçkilər payızda keçiriləcək. Neytrallıqdan imtina barədə qərarın nə vaxt verilə biləcəyi hələ tam aydın deyil.


NATO yeni üzvləri qəbul etməkdən çəkinmir


Bu yaxınlarda Brüsseldə keçirilən NATO-nun Fövqəladə Zirvə toplantısında İsveç və Finlandiya hökumət başçıları artıq Alyansın baş katibi Yens Stoltenberqdən NATO-nun mümkün üzvlük müraciətləri ilə bağlı nə deyəcəyini soruşublar. Öz növbəsində Stoltenberq İsveç və Finlandiyanın alyansa qoşulması ideyasını dəstəklədiyini gizlətməyib.


 

Hər iki ölkə Qərb demokratiyası və NATO ilə əməkdaşlıqda uzunmüddətli tərəfdaşlar olmaqla, dəvətdən kluba faktiki qəbula qədər bir neçə il çəkə bilən uzun üzvlük prosesinə ehtiyac duymur. Hazırkı 30 NATO üzvü olan ölkə İsveç və Finlandiyanın üzvlük üçün müraciətlərini yekdilliklə təsdiq etməli olacaq. İndiyə qədər heç bir hökumət açıq şəkildə buna qarşı çıxmayıb. Üzvlük danışıqlarına başlamaq üçün dəvətlər NATO-nun iyunun sonunda Madriddə keçiriləcək növbəti sammitində gələ bilər.


 

Rusiya NATO-nun  genişlənməsinə qarşıdır


Gözlənildiyi kimi, Rusiya rəhbərliyi NATO-nun mümkün genişlənməsini kəskin tənqid edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 11-də bildirib ki, özlüyündə alyans sülh və sabitliyi təmin edən ittifaq deyil. Sonrakı genişlənmə Avropa qitəsinə əlavə sakitlik gətirməyəcək".


 

Aprelin 14-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da yazıb ki, Finlandiya və İsveç NATO-ya daxil olarsa, Moskva "quru qüvvələrin qruplaşmasını və hava hücumundan müdafiəni ciddi şəkildə gücləndirməli, Finlandiya körfəzində əsaslı dəniz qüvvələrini yerləşdirməli olacaq.

 

"Belə olan halda Baltikyanı ölkələrin hər hansı qeyri-nüvə statusundan söhbət getməyəcək – balans bərpa edilməlidir”, - o əlavə edib.


 

Finlandiyanın alyansa daxil olması ilə NATO yenidən Rusiya sərhədlərinə yaxınlaşacaq. Onda alyansın sərhədi Sankt-Peterburqdan cəmi 200 kilometr aralıda yerləşəcəkdir.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol