• $
  • £

ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi

ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi
11.05.2022 21:59
Bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, həmçinin, bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.

ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Entoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.

Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub.

Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Siyasət 21:59
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Siyasət 20:50
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb/Yenilənib
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Siyasət 20:11
Türkiyə Şimali Kiprə F-16 qırıcıları və HHM sistemləri yerləşdirib - Ərdoğan
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Siyasət 19:54
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Siyasət 17:25
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
Siyasət 16:50
İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Siyasət 16:30
MN İranın raket hücumu ilə bağlı bəyanat yayıb
Явление Моджтабы народу - Oбновлено
Siyasət 15:23
Явление Моджтабы народу - Oбновлено
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Siyasət 15:05
Almaniya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol