• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Rəsmi Yerevan sülh şərtlərini açıqladı

Rəsmi Yerevan sülh şərtlərini açıqladı
14.05.2022 10:07

Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün rəsmi Bakıya təklif etdiyi 6 bənddən ibarət paketi açıqlayıb.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Edmon Marukyan 6 bəndi aşağıdakı kimi sıralayıb:

1. Martın 11-də İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb və ona cavab verik.

2. Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur.  Ermənistan MDB-nin yaradılması haqqında Azərbaycan Respublikası ilə 8 dekabr 1991-ci il tarixli sazişə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb. Ermənistan onu 1992-ci il fevralın 18-də ratifikasiya edib. (Yəni imzalanan zaman tərəflər bu struktura qoşularaq bir-birini tanıyıblar).

3. Erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

4. Erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında göstərilən öhdəliklərin (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) yerinə yetirilməsini vacib hesab edir.

5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Rəsmi Bakı hələ fevralda Ermənistana sülh müqaviləsinin 5 baza prinsipinə dair sənəd vermişdi. Bu prinsiplər dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlıdır. 

 Ermənistan isə aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycana 6 bəndlik paket təqdim edib.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol