• $
  • £

Azərbaycanın yeganə fransızdilli qəzetinin 15 yaşı tamam olur

Azərbaycanın yeganə fransızdilli  qəzetinin 15 yaşı tamam olur
14.05.2022 12:50

Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan "Le Carrefour” (Yol qovşağı) qəzeti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14 may 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Bu mətbu orqan ölkəmizdə ilk və yeganə frankofon (fransızdilli) qəzetdir. "Le Carrefour” qəzeti fransız dilində yeganə mətbu orqan olaraq Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.

Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa, eyni zamanda fransızdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, fransızdilli oxuculara ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Qarabağ həqiqətlərini, ermənilərin tarixi-əzəli torpaqlarımıza qarşı ərazi iddialarının əsassız olduğunu, işğalçılıq niyyətlərini, torpaqlarımızın işğalını, xalqımıza qarşı törədilən faciələri fransız dilində oxuculara çatdırıb.

 "Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.
Fransızdilli "Le Carrefour” qəzeti Azərbaycan mediasında fransızlara və fransızdilli oxuculara ünvanlanan tək nəşrdir. "Le Carrefour” qəzeti sosial şəbəkələrdə də təmsil olunur. Qəzetin Twitter, Facebook, Instagram səhifələri var.

Qəzetin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransa mediasında Qarabağ həqiqətləri, Azərbaycanın Zəfər qələbəsi, Şuşa bəyannaməsi, Qarabağ atları, Azərbaycan xalçaları, 30 ilə yaxın erməni işğalında qalan Qarabağda bütün şəhər və kəndlərin, infrastruktun, o cümlədən Ağdamın ermənilər tərəfindən dağıdılması, Ermənistanın mina xəritələrinin Azərbaycana verməməsi nəticəsində mülki əhalinin mina partlamasında həyatını itirməsi və digər məsələlərlə bağlı məqalələri dərc olunub.
 
O, xidməti fəaliyyətini yerinə yetirərkən həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovla bağlı "Le Carrefour” qəzeti adından fransızdilli həmkarlarına müraciət edib.
 
Hazırda qəzet maliyyə çətinliyi ilə bağlı nəşrini dayandırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik aşkarlanıb - VİDEO
Cəmiyyət 16:24
Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik aşkarlanıb - VİDEO
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:59
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Lökbatan–Güzdək yolunda bərpa işlərinə başlanılıb
Cəmiyyət 14:10
Lökbatan–Güzdək yolunda bərpa işlərinə başlanılıb
Sabah 32 dərəcə isti olacaq
Cəmiyyət 12:56
Sabah 32 dərəcə isti olacaq
Paraplan vasitəsi ilə ölkəyə 47 kq narkotik gətirən şəxslər saxlanılıb
Cəmiyyət 11:36
Paraplan vasitəsi ilə ölkəyə 47 kq narkotik gətirən şəxslər saxlanılıb
Qusarda polis silahlı şəxsi zərərsizləşdirib
Cəmiyyət 11:30
Qusarda polis silahlı şəxsi zərərsizləşdirib
İrandan Gürcüstana qarpız aparan yük maşınında 110 kq-dan çox marixuana aşkarlanıb
Cəmiyyət 10:58
İrandan Gürcüstana qarpız aparan yük maşınında 110 kq-dan çox marixuana aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən iki nəfər həbs olunub
Cəmiyyət 10:29
Hacıqabulda evdən oğurluq edən iki nəfər həbs olunub
Əjdərbəy və Təzəpir məscidlərində bayram namazı qılınıb
Cəmiyyət 09:04
Əjdərbəy və Təzəpir məscidlərində bayram namazı qılınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol