• $
  • €
  • ₽
  • ₺
  • £

Avro-5 standartlarına uyğun dizel yanacağının buraxılacağı tarix AÇIQLANDI

Avro-5 standartlarına uyğun dizel yanacağının buraxılacağı tarix AÇIQLANDI
03.06.2022 17:34
Azərbaycan Dövlət Neft Şirkətinin Azərbaycanda yeganə neft emalı zavodu olan Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsi 2027-ci ildə bitəcək. Bunu SOCAR Downstream-in direktor müavini Emil Alxaslı deyib.

"Neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsinin bir hissəsi olaraq biz indi blokların işə salınması mərhələsindəyik. İlk növbədə dizel və benzinin hidrotəmizlənməsi üçün hidrogen istehsalı qurğusu istifadəyə veriləcək. Qalan aqreqatların istismara verilməsi üzrə işlər davam etdirilir və gələn ilin ortalarında başa çatacaq", - Alxaslı bildirib. 

Onun sözlərinə görə, zavodda Avro-5 ekoloji standartlarına uyğun dizel yanacağının istehsalına 2022-ci ilin üçüncü rübündə, Avro-5 standartlarına uyğun benzinin istehsalına 2023-cü ilin iyun-iyul aylarında başlanacaq.

Neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər 2023-cü ilin dekabrında başa çatacaq.

"2023-cü ildə layihənin növbəti mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi də planlaşdırılır. Bura mövcud konfiqurasiyaların (köhnə əsas qurğuların) stabil işləməsinin təmin edilməsi daxildir”, - deyə Alxaslı bildirib.

O qeyd edib ki, zavodda yeni blokların tikintisi ilə əlaqədar SOCAR hər dörd ildən bir müəssisənin planlı təmirə dayandırılmasını planlaşdırır.

"Avro-5 standartları üzrə benzinə gəlincə, zavod ümumilikdə 60%-40% nisbətində 2 milyon ton Aİ-92 və Aİ-95 markalı benzin istehsal etməyi düşünür”, - Alxaslı  deyib. 

O, həmçinin bildirib ki, zavodun  gücü ildə 6,5 milyon ton təşkil edir, modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə əsasən zavod Xəzər regionu ölkələrindən bütün növ neftin emalı üçün nəzərdə tutulacaq. 

"Layihənin tam başa çatdırılması 2027-ci ilə planlaşdırılır", - o əlavə edib.

Alxaslı vurğulayıb ki, bu layihənin həyata keçirilməsi ilə 2040-cı ilə qədər Azərbaycanın benzin və dizelə olan tələbatı tam ödənəcək. Eyni zamanda, daxili istehlakdan artıq olan həcmlər də ixrac olunacaq.

2022-ci ildə SOCAR neft emalı zavodunun modernləşdirilməsi üçün dövlət büdcəsindən 214 milyon manat (indiki məzənnə ilə təxminən 126 milyon dollar) vəsait alacaq.

Modernləşdirmədən sonra zavodda avtomobil benzini istehsalı ildə 1,2 milyon tondan  2 milyon tona, dizel yanacağı  - 1,9 milyon tondan 2,9 milyon tona, təyyarə yanacağı  - 600 min tondan 1 milyon tona kimi artacaq. 

Zavodun modernləşdirilməsi və yenidən qurulması layihəsinin dəyəri 2,2 milyard dollar həcmində qiymətləndirilir.

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol