Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
Narkotik vasitələtin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov yenidən saxlanıldıqdan bir müddət sonra vərəmdən ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Bir müddət əvvəl həmin şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülüb.
O dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilib. Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq orada vəfat edib.
www.anews.az