"Azərkosmos"un ixrac gəlirləri 38 % azalıb - HESABAT

2022-ci ilin 5 ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) ixracı ötən ilin eyni dövrünə nisbətən 6,5 milyon ABŞ dolları azalaraq 10,8 milyon ABŞ dollar təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.
"Azərkosmos” 33 ölkəyə peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
Sənədə əsasən, ixrac edilən ölkə sayı ötən ilin eyni dövrünə nisbətən artıb.
5 ay ərzində "Azərkosmos" ən çox Böyük Britaniya (2,8 milyon ABŞ dolları), Fransa (2,2 milyon ABŞ dolları), ABŞ (1,8 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları) və Pakistana (0,6 milyon ABŞ dolları) xidmət satıb.
2022-ci ilin mayında isə "Azərkosmos” 31 ölkəyə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 2021-ci ilin may ayı ilə müqayisədə müvafiq olaraq 9 ölkə və 0,2 milyon ABŞ dolları (8 %) azdır.
Cari ilin 5 ayında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 870,4 milyon manatlıq əməliyyat aparıblar.Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur. Təkcə apreldə isə əcnəbilərin kartla xərcləmələri 184,1 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6 dəfə çoxdur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 