• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Əziz Yıldırım yenidən həbs olunur

Əziz Yıldırım yenidən həbs olunur
18.04.2014 17:10

"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın yenidən həbsxanaya salınacağı gözlənilir.Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Baş Prokurorluq Ə.Yıldırımın etirazlarını rədd edib və haqqında çıxarılan həbs qərarını qüvvədə saxlayıb.Danışılmış oyunlarda ittiham olunan "Fənərbaxça" prezidentinin bundan sonra daha 2 il 2 ay həbsdə qalacağı bildirilir. Bu gün "Fənərbaxça"nın Samandıradakı məşqinə gedən Ə.Yıldırım futbolçularla görüşərək, onlardan halallıq istəyib."Günahmı işlədim ki, bağışlanma və ya təxirə salınma gözləyim. Qərarı verdilər, "qələmimizi qırıblar" onsuz da. Önəmli deyil. Cəzamız nədirsə, gedib çəkərik. Sizdən bir xahişim var ki, bundan sonrakı rəhbərlik kim olursa-olsun, onunla birgə "Fənərbaxça"nı layiq olduğu yerlərə daşıyın. Təkcə Türkiyədə deyil, Avropada da kubok qaldırın. "Fənərbaxça"nın buna ehtiyacı var. Deyəcəyim bu qədər. Yolunuz açıq olsun. Hər kəsə uğurlar arzulayıram. Haqqınızı halal edin".Qeyd edək ki, Ə.Yıldırımın nə zaman həbsxanaya qaytarılacağı hələlik məlum deyil. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol